"Əli və Nino" ilə beynəlxalq festivalın qalibi olan azərbaycanlı gənc Örnək FOTO


Digərləri 10 Dek 2018 01:30:00 441 0

"Əli və Nino" ilə beynəlxalq festivalın qalibi olan azərbaycanlı gənc  Örnək  FOTO

Əligül Ağayev: "Cıdır düzündə səhnələr var ki, onları marşruta daxil edə bilmədim..."

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Onun "Əli və Nino turizm marşrutu" İranda keçirilən "Harakat" beynəlxalq festivalında 12 ən yaxşı layihədən biri seçilib və beynəlxalq mükafata layiq görülüb. Deyir ki, bütün iştirakçıların maraqla qarşıladığı bu layihə regionumuzu turizm baxımından beynəlxalq aləmdə təqdim etməkdə çox əhəmiyyətlidir. 54 ölkədən 85 nümayəndənin qatıldığı festivalda Azərbaycanı təmsil edən həmsöhbətimiz qalibiyyətini bizimlə bölüşdü.

"Örnək" rubrikamızın qonağı İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun doktorantı Əligül Ağayevdir.   Əligül Bakıda anadan olub. Bakı Dövlət Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Alternativ sahə axtarışına çıxan həmsöhbətimiz, ikinci ixtisas kimi turizmi seçib: "Azərbaycan Turizm və Menecment Universitetinə qəbul oldum. Universiteti bitirdikdən sonra hərbi xidmətə yollandım. Turizm, fəlsəfə ilə yanaşı, ədəbiyyatı da çox sevirəm. Hətta özüm şeirlər də yazıram. Hazırda Xəzər Gənclər Evinin direktoruyam".

- Əligül, hər kəs roman oxuyur. Amma sənin oxuduğun roman səni qalib edib. İdeya necə yarandı?   - "Əli və Nino" ən sevdiyim romanlardan biridir. Romanı oxuduqca, sanki cümhuriyyət dövrünün şahidi oluram. Universitet illərində oxuduğum roman hərbi xidmətdə olarkən təsadüfən qarşıma çıxdı. Bu dəfə fərqli təəssüratlar yaratdı. "Əli və Nino"nu oxuyanda hiss etdim ki, Bakı üçün çox darıxmışam. Romanda adı çəkilən İçərişəhər, Qubernator bağı, Təzəpir məscidi, İsmailliyə binası və onların təhsil aldığı məkanların hamısı bir-bir gözümün önündə canlanırdı. Düşündüm ki, bu yerləri yenidən gəzərdim. Romanın məkanları ilə tanış idim. Birdən-birə qərara gəldim ki, magistr dərəcəsində diplom işimi elə yazım ki, "Əli və Nino" ilə əlaqəli olsun. Beləliklə, "Əli və Nino" ədəbi turizm marşrutunu yaratdım.    - Ədəbiyyatı sevirsiniz və çox əsər oxumusunuz. Bəs nə üçün məhz "Əli və Nino"?   - İlk növbədə, bu, Azərbaycana bağlılıq, sevgi faktoru ilə əlaqəli idi. Daha sonra isə, romanı araşdıranda gördüm ki, 33 dilə tərcümə olunub, 66 ölkədə çap olunub. XX əsrin yaxşı sevgi romanıdır. Yəni, həm marketoloji baxımdan, həm də iqtisadi baxımdan ən əlverişli roman idi. Bir də Bakını, Azərbaycanı təmsil edən ikinci belə bir roman yox idi. Bestseller olmağı, müxtəlif dillərə tərcümə olunması, kifayət qədər tanınması məsələnin bir tərəfidir. Növbəti tərəfi ondan ibarətdir ki, bu romana xüsusi inamım var idi və bilirdim ki, uğurlu olacaq. Bu inamla "Harakat" festivalına qatıldım.


Xəbərə aid fotolar