Toya hazırlaşan gəlinlər nələri etməsin? –


Digərləri 09 Dek 2018 23:40:00 291 0

Toya hazırlaşan gəlinlər nələri etməsin? –

Həyatınız boyu gözlədiyiniz ən böyük günə sadəcə bir həftə qalıb. Toyunuzun möhtəşəm keçməsini arzuladığınız kimi, insanlar da eyni şeyləri sizdən gözləyir. Demək ki, qarşında uzunluğu 2 metr olan uzun bir siyahı səni gözləyir.. Mükəmməl gəlinlik, ovsunlayıcı rəqs şousu, xəyallarınızdakı məkan və həyatınıza anlam qatan o insan.. Ən önəmli hekayənizi qüsursuz hala gətirməniz üçün hər kəs sizə məsləhətlər verir və edilməli işlərinizi yada salır.  Lakin hər eşitdiyin tövsiyyəni həmən siyahıya qeydə almazdan öncə bir qədər düşün.

Beləliklə, mükəmməl xəyal etdiyiniz günün mükəmməl də keçməsi üçün ediməsi məsləhət görülməyənlərin siyahısını açıqlayaq.

Saçınızı kəsməyi və ya başqa rəngə boyamağı unudun

Son.az gencaile.az-a istinadən bildirir ki, New Yorkda "Paul Labrecque Salon and Spa"-nın stilisti və sahibi Paul Labrek məsləhət görür ki, saç ustanız yaxşıların yaxşısı olsa belə, toy həftəsindəheç vaxt rəngləmədiyiniz rəngə saç boyamayın. Rəngin açılarkən saçınıza necə təsir edəcəyini və alınan tonun dəri rənginizlə necə uyğunlaşacağını öncədən bilmək mümkün deyil.

Görünüşünüzü təhlükəyə atmadan öncə saç rənginizdə yenilik istəsəniz saç ustanızla məsləhətləşərək daha az riskli və sadə olan kölgələr edə bilərisiniz. Bu görüntünüzə olduqca parlaqlıq verəcək. Lakin daha təhlükəli və uğursuz rənglərə boyasanız, onların yenidən bərpası saçlarınıza zərər verəcək və cansız görünmələrinə səbəb olacaq.

Toy hazırlıqları, gəlinlik məşqləri və s. toydan bir neçə ay öncədən başlayır. Mütəxəssislər bu müddət ərzində saç stilinizi qorumağı məsləhət görür. Saçınızı kəsməklə onun yalnız tərzini və teksturasını dəyişmiş olmayacaqsınız, həmçinin bu kəsim sizin gəlinliyinizin yaxası, duvağınız və ya zinət əşyalarınızla uyumsuz ola bilər.

Böyük günə yaxınlaşdıqca stress və emosionallıq bir o qədər artır. Nə qədər ki, təmkinlisiniz,  saçla bağlı qərarınız həll etməyə çalışın.

Ekspress arıqlama metodlarından uzaq durun

Artıq kilonuz var və seçdiyiniz gəlinlikdə istədiyiniz formada görünmürsünüz. Bu mövzuda çox əvvəldən çalışmalara başlamanız münasibdir. Toydan 1 həftə öncə 5-10 kq atdıracaq sağlam pəhriz hələ kəşf edilməyib. Kilo vermək üçün pəhriz cədvəlinizi ən az 6 aydan öncə planlamış olmalısınız. Toya 1 həftə qalmış yazılacağınız idman zallarında edəcəyiniz həddən artıq ağır idman növləri hər hansı orqanınızın incitmənizə və gün ərzində yaşadığınız hərəkətli ritm ilə bərabər bədəninizin bir növ yorulub çökməsinə səbəb olacaq.