Təzyiqi endirən qidalar hansılardır?


Digərləri 09 Dek 2018 23:35:00 348 0

Təzyiqi endirən qidalar hansılardır?

Yüksək təzyiq çox insanda müşahidə edilən xəstəlikdir. Artıq çəki, siqaret, stress və ürək problemləri yüksək təzyiqin yaranması üçün şərait yaradır.

Bəs təzyiqi aşağı salmaq üçün nə edilməli?

Yüksək təzyiq damarlardakı qan dövranını normalda yuxarı hissəsinin 120, aşağı hissəsinin isə 80 olmasıdır. Uzunmüddətli yüksək təzyiqdən əziyyət çəkənlər beyin, böyrək, ürək və damar kimi bir çox xəstəliyə səbəb olur.

Son.az immunitet.az-a istinadən təzyiqi nəzarətdə saxlayan qidaları təqdim edir:

İlk olaraq meyvə, tərəvəz və süd məhsullarına diqqət etmək vacibdir.

Tərkibindəki liflər, potasium, maqnezium və digər minerallarla səhhətinizə diqqət etməyinizə kömək edəcək. Hər gün yaşıl yarpaqlı tərəvəzlərdən istifadə təzyiq xəstələrinə faydalıdır.

Brokoli, ispanaq, kartof, pomidor kimi tərəvəzləri təzyiqinizi endirmək üçün istifafə edə bilərsiniz.

Meyvələr də tərəvəzlər kimi lif, vitamin və mineral tərkibi ilə təzyiqi aşağı salmağa kömək edəcək. Təzə meyvə yerinə meyvə suyu içirsinizsə, suların yeni sıxılmış olmasına və şəkər tozu əlavə edilib-edilmədiyinə diqqət edin. Şəkər tozu tövsiyə edilmir.