Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi


Dünya 09 Dek 2018 23:26:00 281 0

Ermənistanda əhalinin əksəriyyəti seçkilərə getmədi

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib.

Son.az oxu.az-a istinadən bildirir ki, hazırda səslərin hesablanması prosesi gedir.

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkə üzrə seçici fəallığının 48,63 faiz təşkil etdiyini açıqlayıb.

Seçki məntəqələrinin bağlanmasına az qalmış Yerevanda seçici fəallığı 47,6 faiz, ölkənin ikinci şəhəri olan Gümrüdə 39,22 faiz, Vanadzorda isə 46,66 faiz təşkil edib. Vanadzora seçkilərdə nəzarətin həyata keçirilməsi üçün Yerevandan əlavə polis qüvvələri göndərilib.