Dünyanın taleyini dəyişdirən 5 nəfərlə bağlı ağlınızı


Digərləri 09 Dek 2018 21:27:00 266 0

Dünyanın taleyini dəyişdirən 5 nəfərlə bağlı ağlınızı

Avstriyanın Vyana şəhərində tarix boyunca çox əhəmiyyətli hadisələr baş verib. Lakin şəhərin tarixində 1913-cü il həqiqətən maraqlıdır. Söhbət bir çox tanınmış insanın burada eyni vaxtda yaşamasından gedir. Əslində, Vyana müxtəlif dövrlərdə çox əhəmiyyətli adlara ev sahibliyi etmiş, onların yolları Vyanadan keçmişdi. Lakin dünyanın taleyini sonradan dəyişdirəcək bu qədər insanın eyni tarixdə bu şəhərdə yaşaması təsadüf idimi?

Son.az publika.az-a istinadən xəbər verir ki, 1913-cü ildə Adolf Hitler, İosif Stalin, Lev Trotski, İosip Broz (Tito) və Ziqmund Freyd Vyanada yaşayırdılar, hətta evləri piyada gediləcək məsafə qədər yaxın idi.

Aşağıda XX əsrə damğasını vuran 5 nəfərdən bəhs ediləcək.

- Keçmiş SSRİ lideri İosif Stalin bir ay burada qalıb.

- Psixoanaliz elminin banisi avstriyalı nevroloq Ziqmund Freyd 1860-cı ildə Vyana şəhərinə köçüb və 1928-ci ildə Avstriyanın nasistlər tərəfindən işğal edilməsindən sonra şəhəri tərk edib.

- Nasist lideri Adolf Hitler rəssam olaraq çalışdığı 1908-1913-cü illərdə Vyanada yaşayıb.

- İosip Broz, daha sonra Yuqoslaviya lideri Marşal Tito Avstriya-Macarıstan ordusunda xidmət etməzdən əvvəl bir zavodda işçi idi.

- Rusiya inqilabçısı Lev Trotski 1907-1914-cü illərdə Vyanada yaşamışdır.


Xəbərə aid fotolar