Gəncədə yüksək sürət yol qəzasına səbəb olub


Digərləri 09 Dek 2018 20:58:00 253 0

Gəncədə yüksək sürət yol qəzasına səbəb olub

Gəncə şəhərində avtomobil qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, 28 May küçəsində yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil qarşıdan gələn "Opel" markalı maşını vuraraq yoldan çıxarıb.

Nəticədə "Opel" yol kənarındakı ağaca çırpılıb. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Nəticədə xəsarət alan olmasa da, "Opel"ə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.