Peyğəmbərimiz və əhli beyti möhürlə namaz qılmayıb?


Digərləri 09 Dek 2018 19:15:00 309 0

Peyğəmbərimiz və əhli beyti möhürlə namaz qılmayıb?

Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə məzhəblər olmayıb, həmçinin şiə məzhəbi. Ümumiyyətlə firqələrə bölünmək qadağandır. Uca Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!" (Ali İmran, 103). "(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar". (Ali İmran, 105). Son.az zikr.az-a istinadən bildirir ki, möhürlə namaz qılmağa aid Quranda və səhih mənbələrdə heç bir dəlil yoxdur. Namazı və digər əməllərimizi Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) kimi etməliyik. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31). Son.az