Britaniya Rusiyaya qarşı daha iki cinayətə görə ittiham irəli sürdü


Dünya 09 Dek 2018 18:40:00 229 0

Britaniya Rusiyaya qarşı daha iki cinayətə görə ittiham irəli sürdü

Rusiya Böyük Britaniya ərazisində törədilən iki qətl hadisəsinə görə ittiham edilir.

Son.az musavat.com-a istinadən xəbər verir ki, həmin qətllər bu ilin mart ayında Rusiya hərbi kəşfiyyatı tərəfindən zəhərləndirildiyi iddia edilən "Yuri Skripal işi" ilə əlaqələndirilə bilər. "The Times" qəzeti işi araşdıran detektivlərin təhqiqatdan sonra belə bir qənaətə gəldiklərini yazır. Skotland Yardın əks-kəşfiyyat idarəsinin işi araşdıran heyəti Rusiya Baş Kəşfiyyat idarəsinin əməkdaşlarının ölkəyə hər gəlişində şübhəli qətllərin baş verdiyini müəyyən ediblər.