Azərbaycan gimnastı: Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam


Digərləri 09 Dek 2018 18:46:39 203 0

Azərbaycan gimnastı: Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam

Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam

Bakı. Mən bədii gimnastika üzrə Regionlararası Kubokun medalını qazandığıma görə çox şadam. Bu barədə Trend-ə 2008-ci il təvəllüdlü gimnastlar arasında çoxnövçülük üzrə fərdi çıxışlarda birinci yeri tutan Sumqayıt təmsilçisi Ayşə Rəcəbli bildirib. A.Rəcəbli deyib: "Mən birinci yeri tutdum və buna görə çox şadam. Bu, mənim yarışlarda qazandığım ilk medal deyil, amma mən yenə də xoşbəxtəm. Həmişə mükafata layiq yerlər tutmaq, daha çox medal qazanmağa çalışıram, gələcəkdə beynəlxalq yarışların çempionu olmaq arzusundayam". Gimnast qeyd edib ki, Milli Gimnastika Arenasının xalçasına çıxan zaman həyəcan hissi keçirməyib: "Milli Gimnastika Arenasında ilk dəfə çıxış etmirəm, bu gün mənə azarkeşlik etməyə valideyinlərim və qardaşlarım gəlmişdi, onların dəstəyi mənə çox kömək etdi. Xalçaya çıxan zaman fikirləşirdim ki, gözəl çıxış edəcəyəm və hamı buna şad olacaq. Həyəcan yox idi, elementlərin hamısı alındı. Məşqçi məni təriflədi". Qeyd edək ki, 6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilib.