Dünyanın qeyriadi həbsxanası:


Digərləri 09 Dek 2018 18:35:00 268 0

Dünyanın qeyriadi həbsxanası:

Cənubi Koreyada inşa edilən süni həbsxana məhkumları ilə diqqəti çəkir. Bu həbsxanada məhkumlar cinayət əməlinə görə deyil, əksinə özləri pul ödəyərək içəri girirlər.

Son.az musavat.com-a istinadən sizə dünyanın ən maraqlı həbsxanası haqqında maraqlı bilgiləri təqdim edir.

İçəri girən şəxslər telefonlarını təslim edir, bir-biriləri ilə danışmaq qadağandır və saatdan belə, xəbərləri olmur. Əslində bura bir oteldir. "Prison Inside Me" (İçimdəki həbsxana) adı verilən bu otelə beynini dincəltməyi sevən insanlar daha çox üz tutur.

Buraya üz tutan insanlar daha çox ofislərdə çalışanlar və tələbələrdir. Burada dincələn insanların əsl həbsxananın bu oteldən sonra gedəcəkləri yer olduğunu deyir.

Xüsusilə də həftəsonları bütün otaqları dolu olan bu otel və orada dincələn insanlar koreyalı bir fotoqraf tərəfindən görüntülənib.


Xəbərə aid fotolar