"Parlaq Emənistan" partiyası: "Həyəcan doğuran məlumatlar alırıq və polisə təqdim edirik"


Dünya 09 Dek 2018 17:23:00 286 0

"Parlaq Emənistan" partiyası: "Həyəcan doğuran məlumatlar alırıq və polisə təqdim edirik"

"Parlaq Ermənistan" partiyası seçki məntəqələrindən həyəcan doğuran məlumatlar alır və polisə təqdim edir.

Son.az bildirir ki, Trend-in Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə "Parlaq Ermənistan" partiyasının seçkiqabağı siyahısına başçılıq edən Edmon Marukyan bildirib.

E.Marukyan deyib: "Biz bir neçə həyəcan doğuran məlumat almışıq və operativ şəkildə polislərə bildirmişik. Təbii ki, adlarını açıqlaya bilmərəm, çünki bu, anti-təşviqat kimi dəyərləndirilə bilər. Mən polisi həyəcan doğuran məlumatlar daxil olduqdan dərhal sonra müvafiq tədbirlər görməyə çağırıram. Çünki bugünkü seçkilərə görə cavabdehlik hazırkı hakimiyyət və hüquq-mühafizə orqanlarının üzərinə düşür".