"The Washington Post" İsrail ilə Səudiyyə Ərəbistanı arasındakı gizli anlaşmadan yazdı FOTO


Dünya 09 Dek 2018 17:27:00 300 0

"The Washington Post" İsrail ilə Səudiyyə Ərəbistanı arasındakı gizli anlaşmadan yazdı  FOTO

Şahzadə Məhəmməd ibn Salman düşmənlərini yaxından izləyə biləcək; NSO-nun Pegasus proqramının adı Camal Qaşıqçı olayında hallanır.

"The Washington Post" qəzeti ABŞ-ın adının çəkilməsini istəməyən iki rəsmisinə istinadən xəbər verir ki, İsrai Səudiyyə Ərəbistanına NSO-nun Pegasus proqramın satıb. Bu proqram ən üstün texnologiyalar sırasındadır və telefon üzərindən kiber-casusluq əməlləri həyata keçirməyə imkan verir. Belə həssas texnologiyanın ərəb ölkəsinə, xüsusən Səudiyyə Ərəbistanına satılması sıradan bir məsələ deyil.

Qəzet bildirir ki, Səudiyyə tax-tacının sahibi, şahzadə Məhəmməd ibn Salman əl-Səud bu texnologiyadan disidentləri və özünə düşmən bildiyi digər şəxsləri aradan götürmək üçün istifadə edəcək...

Son.az musavat.com-a istinadən xəbər verir ki, hazırda Kanadada yaşayan səudiyyəli disident Ömər Əbdüləziz bəyan edib ki, sözügedən proqram vasitəsi ilə onun İstanbulda qətlə yetirilmiş jurnalist Camal Qaşıqçı ilə əlaqələri araşdırılıb.

Satışın məqsədi İsrail ilə rəsmi münasibəti olmayan Səudiyyə Ərəbistanı və digər Körfəz Ölkələri arasında münasibətləri irəliyə doğru aparmaqdır. O da İsrail üçün xüsusi önəm daşıyır ki, bu ərəb ölkələri Amerikanın rəhbərlik etdiyi anti-İran ittifaqında yer alır. Bu isə İsrail ilə həmin ölkələr arasında məxfi məlumatları da bölüşməyə təhrik edir.

Qeyd olunur ki, bəzi dairələr iddia edir ki, NSO-nun Pegasus proqramından istifadə etməklə Səudiyyə hakim dairələri Camal Qaşıqçını yaxından izləyə bilib. Ömər Əbdüləzizin də irəli sürdüyü bu versiya ilə bağlı ötən həftə "The Times of Israel" qəzetinə müsahibə verən NSO rəsmisi bu ittihamı rədd edib. Və bildirib ki, bu texnologiyanın Qaşıqçı cinayətində hər hansı bir izi üzə çıxmayıb.

Ömər Əbdüləziz isə bildirir ki, NSO Group həmin texnologiyanı xeyli əvvəl- 2017-ci ildə 55 million dollara Səudiyyəyə satıb.