Əfqanıstanda qadın idmançılar təcavüzə məruz qalır ŞOK İDDİA FOTO


Dünya 09 Dek 2018 16:05:00 274 0

Əfqanıstanda qadın idmançılar təcavüzə məruz qalır  ŞOK İDDİA  FOTO

Əfqanıstanda "Taliban" dönəmindən sonra qadınların sosial həyatda fəallığını artırmaq, qadın futbol komandaları qurmaq, onları idmana cəlb etmək və digər məsələlər aktuallaşmağa başlayıb.

Lakin bu günlərdə Əfqanıstanın kifayət qədər tanınmış idmançılarından biri, futbolçu qadınların "Taliban" silahlıları və mühafizəkarlar tərəfindən cinsi istismara məruz qaldığını açıqlayıb.

Bu açıqlamadan sonra Əfqanıstan Olimpiya Komitəsinin sədri Hafizullah Rahimi "Qadınlara qarşı cinsi istismar sadəcə Futbol Federasiyasında deyil, idmanın bütün sahələrində həyata keçirilir" deyə bildirib.

FİFA bu iddialardan sonra məsələni araşdıracağını bəyan edib.

Bu mövzuyla bağlı mətbuata açıqlama verən Əfqanıstanın dövlət rəhbəri Əşrəf Qani "Yaşanan bu hadisə olduqca utancvericidir. Bu məsələ böyüsə ailələrimiz artıq qız uşaqlarını cəmiyyətdən təcrid etməyə başlayacaq. Bu baxıımdan biz məsələyə əl qoyacıyıq " deyə bildirib.