Azərbaycanda yeni duz yataqları açılacaq


Digərləri 09 Dek 2018 15:43:00 277 0

Azərbaycanda yeni duz yataqları açılacaq

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır.

Son.az bildirir ki, bu barədə Trend-ə "Naxçıvan Duz İstehsalı" MMC-nin direktoru Anar Əsədullayev bildirib.

Direktorun sözlərinə görə, işlərə gələn ildən başlamaq planlaşdırılır: "İşlərin dəqiq olaraq hansı ay başlayacağını söyləmək çətindir, hər şey hazırda mütəxəssislər tərəfindən dağlıq duz yatağı ərazisində aparılan tədqiqatların nəticələrindən asılı olacaq".