Azərbaycanda yeni duz yataqları açılacaq (ÖZƏL)


Digərləri 09 Dek 2018 15:25:00 218 0

Azərbaycanda yeni duz yataqları açılacaq (ÖZƏL)

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır

Bakı. Mətanət Nəsibova - Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun ərazisində Böyükduz dağ yatağında yeni yataqların açılmasına yönləndirilmiş işlərə başlamaq planlaşdırılır. Bu barədə Trend-ə "Naxçıvan Duz İstehsalı" MMC-nin direktoru Anar Əsədullayev bildirib. Direktorun sözlərinə görə, işlərə gələn ildən başlamaq planlaşdırılır: "İşlərin dəqiq olaraq hansı ay başlayacağını söyləmək çətindir, hər şey hazırda mütəxəssislər tərəfindən dağlıq duz yatağı ərazisində aparılan tədqiqatların nəticələrindən asılı olacaq".