Türkiyədə gecə klubunda atəş açıldı:


Dünya 09 Dek 2018 13:25:00 240 0

Türkiyədə gecə klubunda atəş açıldı:

Türkiyənin Dənizli şəhərinin Pamukkale qəsəbəsində gecə klublarının birində silahlı insident baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, müştəri ilə musiqiçilərdən biri arasındakı mübahisə qanlı bitib.

Belə ki, musiqiçi Seyhan mübahisədən sonra klubun mətbəxinə gedərək bıçaq götürüb və onunla mübahisə edən Mustafanı vurmaq istəyib. Bu zaman Mustafa əlindəki silahla onu və mətbəxdəki Heydər Varana atəş açıb.


Xəbərə aid fotolar