Məşhur Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olublar FOTO


Digərləri 09 Dek 2018 11:51:00 255 0

Məşhur Hacıbəylilər nəslinin nümayəndələri Azərbaycan tarixi ilə yaxından tanış olublar  FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Bakıda səfərdə olan məşhur Hacıbəylilər nəslinin nümayəndələri 8 dekabr tarixində Milli Azərbaycan Tarixi Muzeyində olub.

Komitədən Son.az-a verilən məlumata görə, muzeyin bələdçisi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olmuş Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Buşe və nəvəsi Benjamin Hacıbəylini, Azərbaycan tarixini ən qədim dövrdən bu günə qədər əks etdirən ekspozisiya ilə tanış edib.

Qonaqlar Azərbaycanın keçmişini özündə əks etdirən eksponatların tarixi haqqında məlumat əldə edib və neft milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin ev muzeyi ilə də tanış olublar. Məşhur xeyriyyəçinin ev mülkündə yerləşən muzey binasının tarixi və eksponatlar qonaqların marağına səbəb olub.


Xəbərə aid fotolar