Dünyanın ən iri gəmilərindən qəza


Dünya 09 Dek 2018 10:34:00 228 0

Dünyanın ən iri gəmilərindən qəza

Porto-Torresdən (Sardiniya bölgəsi, İtaliya) Barselonaya gedən İtaliyaya məxsus "Cruise Roma"sərnişin gəmisi Sardiniya adası sahillərində aşkar edilən nasazlıq səbəbindən yolunu dəyişib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Rai News" telekanalı məlumat yayıb.

Bildirilir ki, göyərtəsində 390 sərnişin olan gəmi sol avar vintinin qırılması səbəbindən Sardiniyanın şimalındakı limanın 1,6 km-də dayanıb. Heyət üzvləri tərəfindən aparılan təmir işlərindən sonra gəmi hərəkəti davam etdirə bilib, lakin komanda İtaliyanın kontinental hissəsində yerləşən Latsio regionundakı Çivitavekkyi şəhərinə istiqamət götürmək qərarına gəlib.