Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı


Digərləri 09 Dek 2018 09:27:00 298 0

Azərbaycanda piylənmə diaqnozu qoyulan uşaqların sayı açıqlandı

2017-ci ildə Azərbaycanda 699 nəfər uşaqda ilk dəfə piylənmə aşkar edilib.

Son.az Trend-ə istinadən bildirir ki, 18 yaşadək olan uşaqların hər 100 000 nəfərinə hesabı ilə bu göstərici 27 nəfər təşkil edib. 2018-ci ilin əvvəlinə əhalinin hər 100 000 nəfərinə hesabı ilə tibb müəssisələrində bu xəstəliklə qeydiyyatda olan xəstələrin sayı 57 nəfər olub.

Piylənmə daha çox yaşı 13-dək olan uşaqlar arasında müşahidə edilir.

Ötən il piylənmə aşkarlanmış qız uşaqlarının 66,9 faizi 0-13 yaşlı, 33,1 faizi 14-17 yaşlı olub. Oğlan uşaqlarının isə 68,4 faizi 0-13 yaşlı, 31,6 faizi 14-17 yaşlı olub.

Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 712 nəfər, 2015-ci ildə 586 uşaqda ilk dəfə piylənmə aşkar edilib.