Nişan üzüyü necə yaranıb?


Digərləri 08 Dek 2018 23:50:00 402 0

Nişan üzüyü necə yaranıb?

Hər qadının arzuladığı ən gözəl zinət əşyası nişan üzüyüdür.

1800-cü illərdə bəzi amerikalı kişilər gələcək həyat yoldaşlarına tikiş üsküyü verirdi. Toydan sonra üsküyün uc tərəfi kəsilərək üzük hazırlanırdı. Bir ingilis adətinə görə isə, cütlük bir parça qızılı, ya da gümüşü iki partnyorun da saxlaması üçün iki hissəyə bölür və sonra nişanı rəsmiləşdirmək üçün bir qədəh şərab içərdilər.

Nişan üzüklərinin tarixi Roma imperiyasına qədər gedib çıxır. III Papa İnnosent nişan və evlilik arasında məcburi gözləmə müddətini tətbiq etdikdən sonra nişan üzükləri dəb halını almağa başlayır. Üzüklər əvvəlcə dəmirdən, sonra isə qızıldan hazırlanan sadə halqa formasında idi. Nişan üzüyünü sol ələ taxma adəti isə, iddialara görə yunanların və romalıların üzük taxılan barmağından birbaşa ürəyə gedən "Vena Amoris" adlı xüsusi damar inanclarından gəlir.