Bir həftəyə onu unut – Sevgilisindən


Digərləri 08 Dek 2018 23:45:00 314 0

Bir həftəyə onu unut – Sevgilisindən

Bu plan onu həyatından çıxarmağa və qaldığın yerdən davam etmənə yardım edəcək. Bir anda olmayacaq, amma zaman keçdikcə onun sənin üzərindəki təsirləri azalacaq. Sevgilisindən ayrılanlara bir həftəyə onu unutmağın yollarını təqdim edirik.

I gün: Ağlamaq sərbəstdir

İlk gün həmişə çox pis keçir. Şok, qəbul etməmək və üzüntü kimi duyğular içini yeyir, qəlbini sıxır, canını acıdır. Onu 1 həftəyə unutmaq istəyirsinizsə, bu məqsədinizə çatmağın ilk şərti ayrılıqdan sonrakı ilk 24 saatı təkbaşına keçirməkdir. Bu hallarda səni qarşılıqsız dəstəkləyəcək şəxslər yalnız anan, bacın, ya da ən yaxın dostun ola bilər. Tək etməli olduğun onlardan yardım istəməyindir. 1 gün içində heç bir şey qalmasın: hər şeyi anlat, ağla, lazım gələrsə, evdə salfet qoyma, amma ürəyini tamam boşalt!

II gün: Onu içindən at

Çox üzgünsən, səni anlayırıq. Amma yenə də bir az güc topla və onun sənə aldığı hədiyyələri, fotoları toplayıb ortadan qaldır. Ancaq onları qətiyyən cırma, dağıtma! Bu gün ən sevdiyin şeyləri etməyə çalış, musiqi dinlə, kitab oxu, dostlarınla görüş, televizor izlə. Xatirələri də hafizənin ən dərin yerində saxla və onu unutduğunu xəyal et. İnan, sabah həyat sənin üçün daha asan olacaq.

III gün: Ondan uzaq dur

Onu qətiyyən axtarma. Feysbukda "online" gördüyündə tez "salam" yazma. Telefonuna mesaj göndərmə. Bil ki, o, artıq keçmişdə qalıb. Onun yerinə dostlarına yaz, ailənlə söhbətləş, internetdə başını qat. Planlarına onu da qatmaq, yenidən birgə olmağın xəyalını qurmaq sənə qəlb acısından başqa bir şey yaşatmaz. Əgər eyni iş yerində işləyirsinizsə, onunla qarşılaşdığınızda məsafəni qoru və unutma ki, dost olmaq üçün hələ hər şey çox yenidir.

IV gün: Ayrılıq dostu tapın