Paris: “Yaşıl jilet”lilər etirazçıları dəstəkləyirlər FOTO


Dünya 08 Dek 2018 23:46:00 303 0

Paris: “Yaşıl jilet”lilər etirazçıları dəstəkləyirlər  FOTO

Fransanın yüzdən çox şəhərində "Yaşıl jilet"lilər iqlim dəyişikliyi ilə əlaqədar etiraz yürüşü ediblər. Parisdə "Sarı jilet"lilərin də qoşulduqları dinc aksiyanın iştirakçıları paytaxtın şərqində "Nation" meydanından "Republique" meydanına yürüş ediblər. "Yaşıl jilet"lilər "Sarı jilet"liləri dəstəklədiklərini bildiriblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanacaq vergisinin artırılmasına qarşı Parisin mərkəzində keçirilən aksiyada 31 min "Sarı jilet"li iştirak edib.

Dindirilən aksiyaçıların sayı 737-yə çatıb. Onlardan 551-i müvəqqəti saxlama məntəqələrinə yerləşdirilib. Rəsmi məlumatlara görə 55 nəfər xəsarət alıb.


Xəbərə aid fotolar