Saxta şeyxdən iyrənc tələb:


Digərləri 08 Dek 2018 23:47:00 409 0

Saxta şeyxdən iyrənc tələb:

Türkiyənin Konya şəhərində özünü şeyx kimi təqdim edən şəxs 68 il həbs cəzasına məhkum edilib.

Son.az publika.az-a istinadən xəbər verir ki, o, 2008-2017-ci illər ərzində 17-22 yaşlı 5 kişini cinsi istismar edib. 65 yaşlı S.İ özünü insanlara müqəddəs bir şəxs kimi tanıdıb, onun söhbətlərindən ayrılmaq istəyənlərin isə başına müsibətlər gələcəyini deyərək hədələyib. İnsanları aldatmaq üçün müxtəlif yalançı hekayələr uydurub.

"Mənə itaət edənlər mənəvi olaraq rütbə alıb irəliləyəcəklər"-, deyərək qurbanlarının dodağından öpüb, onları cinsi istismara məruz qoyub. S.İ kişilərə qarşı islam dinində qəbul edilməyən, əxlaqdan kənar davranışlar nümayiş etdirib. Bütün bunları islam dininin tələbləri kimi təqdim edib.