ABŞ Macarıstana təzyiq edir


Dünya 08 Dek 2018 23:36:00 275 0

ABŞ Macarıstana təzyiq edir

ABŞ-ın energetika naziri Rik Perri Macarıstan hökumətini başqa layihələr üçün Rusiya enerjisindən imtina etməyə çağırıb. ABŞ-ın bu addımları Macarıstan mətbuatında təzyiq kimi qiymətləndirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Macarıstanın Baş naziri Viktor Orbanın mətbuat katibi Bertalan Havaşinin verdiyi məlumata görə, V. Orban və R.Perri ilə görüşündə Mərkəzi Avropanın energetika problemlərini, habelə Macarıstan ilə ABŞ arasında ikitərəfli əlaqələri müzakirə edib. Macarıstan hökumətinin başçısı vurğulayıb ki, Rusiya qazından imtina etmək deyil, əksinə, enerji təchizatını şaxələndirmək istər Macarıstanın, istərsə də Mərkəzi Avropanın fundamental maraqlarına cavab verərdi.

R.Perri deyib ki, Vaşinqton Mərkəzi Avropada Rusiya qaz kəmərinin tikintisi əleyhinədir və o, Macarıstanın layihədə iştirak etməsini istəmir. Bazarın sürətlə inkişaf etdiyini bildirən R. Perri enerji təchizatının şaxələndirilməsi ilə yanaşı, sıxılmış təbii qaz infrastrukturu qurmağı tövsiyə edib.