Əmgəyin funksiyası nədir? –


Digərləri 08 Dek 2018 23:10:00 332 0

Əmgəyin funksiyası nədir? –

Yeni doğulan uşaqların əmgəyi ilə bağlı valideynlər çox narahat olur. Onun kiçik, ya da böyük olması ilə bağlı tez-tez həkimə müraciət edirlər. Hətta bəzən lazımsız yerə dərmanlardan, kalsium preparatlarından da istifadə olunur. Bu isə əmgəyin həddindən tez bağlanmasınar səbəb olur. Bəs əslində əmgəyin normal ölçüləri necə olmalıdır?

Bununla bağlı nevroloq Rayihə Xudiyevanın fikirlərini diqqətinizə çatdırırıq.

Həkim bildirir ki, böyük əmgək alın və təpə sümükləri ardında yerləşən rombşəkilli boşluqdur: "Normalda əmgək kəllə sümükləri ilə eyni səviyyədə olur, əlimizi üzərinə qoyanda pulsasiya edir. Uşaq ağlayanda, qışqıranda, öskürəndə qabara bilər. Bu, nevroloji əlamət deyil. Əmgək kəllədaxili təzyiqin yüksəlməsinə səbəb olan müxtəlif xəstəliklər zamanı qabara bilər. Təbii ki, bu xəstəliklərə uyğun digər əlamətlər də müşahidə ediləcək. Qusma, ishal kimi orqanizmin maye itirməsinə səbəb olan hallarda əksinə, əmgək çökə bilər. Bəs əmgəyin funksiyası nədir? Əmgək doğuş yollarında kəllə sümüklərinin bir-birinin üzərinə keçməsinə şərait yaratmaqla başın həcmini kiçildir, kəllə daxilində beyin toxumasının sıxılmadan inkişafını, böyüməsini təmin edir, beyin toxumasını travmadan qoruyur".