Rüşü ilə üzünüz günəş kimi parlayacaq


Digərləri 08 Dek 2018 23:12:00 331 0

Rüşü ilə üzünüz günəş kimi parlayacaq

Rüşü qədim fars hamam mədəniyyətindən müasir günümüzədək gəlib çatmış təmizlik vasitəsi hesab olunur. Ruşu, rüşür, ruşur, rüşül və bir neçə bənzər adlarla tanınan və tərkibi təbii maddələrdən ibarət olan bu vasitə ölkəmizdə bir o qədər də populyar deyil.

Son.az medicina.az-a istinadən bildirir ki, rüşü əsasən şəhərdə İran məhsulları satılan dükanlarda bir ədədi 20 qəpiyə satılır. Son 2 ildə bəzi xanımların bu vasitəni kəşf etməsiylə parfümeriya dükanlarına da yayılıb.   Lakin bir çoxları hələ də ən ucuz dəri təmizləyicisindən xəbərsizdir.     Rüşü dərini tamamilə təmizləyib hamar edir, qara nöqtələri aradan qaldırır, səpkiləri azaldır, dərini yumşaq edir. Duş qəbul etdikdən sonra dəri yumşaldığı üçün rüşüdən üz kisəsi kimi istifadə etmək lazımdır. Rüşü dərinin məsamələrini təmizləyir və nəfəs almasını təmin edir.

Rüşünün tərkibi tam təbii maddələrdən ibarətdir. Belə ki, hazırlanması zamanı əsasən təbii yollarla əmələ gələn minerallar və heyvan piyindən istifadə edilir. Hələ qədimlərdən təmizlik vasitəsi kimi istifadə edilən rüşü Şərq ölkələrində, əsasən də İranda populyardır.   Rüşüdən həmçinin, yara və yanıq izlərindən, yaşlılıq ləkələrindən, günəş qaralmasından xilas olmaq, hamiləlik ləkələrini yox etmək və hətta dərinin rəng tonunun açılmasına qədər bir çox məqsədlər üçün istifadə edilir.

Tərkibində olan minerallar səbəbindən yalnız təmizləyici deyil, həm də qidalandırıcı xüsusiyyətlərə malikdir.

Rüşü qədim pilinq vasitəsidir desək yanılmarıq. Çünki unikal tərkibi sayəsində dərinin üzərini və məsamələri örtən kir, toz, ölü dəri hüceyrələri, piy və s. kimi zərərli maddələrdən təmizləyib qidalandırır.