"Fransada baş verənlər Avropada demokratiyanın uğursuzluğunu göstərir"


Dünya 08 Dek 2018 23:18:00 285 0

"Fransada baş verənlər Avropada demokratiyanın uğursuzluğunu göstərir"

Fransada etiraz aksiyaları Avropada demokratiyanın uğursuzluğunu və söz azadlığı və insan haqlarına riayət olunması ilə bağlı problemlərin olduğunu göstərir.

Son.az "Report"a istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə liderinin sözlərinə görə, bir çox Avropa şəhərlərində gərgin vəziyyət yaranıb.

"Avropada baş verənləri görürsünüzmü? 15 iyulda onlar bizə edilənlərə qarşı səssiz qaldılar. Bir çox Avropa ölkəsinin, xüsusilə də Parisin küçələri bir-birinə qarışıb. Bizim polisimizə lağ edənlərin polisi indi görün nələr edir? Bizim polisimiz mərhəmətlidir", - deyə o bildirib.