Yeni doğulan uşağın bədənində bir stəkan qan olur –


Digərləri 08 Dek 2018 22:40:00 347 0

Yeni doğulan uşağın bədənində bir stəkan qan olur –

Uşaqlar həyatımızdakı ən dəyərli varlıqlardır. Onlar haqqında məlumatlar da çoxdur.

- Yeni doğulan uşağın bədənində təxminən bir stəkan qan olur.

- Uşaqlar doğulduqlarında sümük sayları 300-dür. Uşaq böyüdükcə sümükləri birləşərək yetkinlik dövründə 206-ya çatır.

- Uşaqlar bir şey istədikdə qışqırar, ya da inildəyirlər, ancaq ağlamazlar. Çünki ilk üç həftə boyu göz yaşı istehsal edə bilmirlər. Göz yaşı kanalları hələ tam olaraq inkişaf etmir. Gözlərini sağlıqlı tutacaq qədər nəm istehsal edirlər. Ancaq bir neçə həftə ərzində göz yaşı axıda bilməzlər.

- Uşaqlar doğularkən diz qapaqları olmur. Diz qapaqları 6 ayadək tamamən inkişaf etmir.

- Daxili qulaq doğuşdan əvvəl tamamilə inkişaf edən tək duyğu orqanıdır. Hamiləliyin ortalarında yetkin insanlardakı kimi ölçüyə çatır.

- İnsan övladları valideynlərinə gülümsəyən tək canlı növüdür.

- Uşaqlar ana bətnində ikən anaların hormonlarını alırlar. Buna görə doğuşdan sonra orqanizmlərində bir az estrogen olur. Qız uşaqlarında bir az süd olur. Bəzən məmə uclarından qan sızar.

- Bir qadın ən çox 69 uşaq dünyaya gətirə bilər. 1725-1765-ci illərdə bir rus kəndli qadın 16 əkiz, 7 üçüz və 4 dördüz uşaq doğub.

- 1978-ci ildə Antraktidada ilk uşaq doğulub - Emilio Marcos Palma.

- Bir uşaqda təxminən 30.000 dad alma cismi var. Bunlar yalnız dilin üzərində deyil, ağzın yanlarında, arxasında və üstündədir.

- Uşaqların təxminən 80 faizi bir növ doğum ləkəsi ilə dünyaya gəlir.

- Bəzi elm adamları başı yelləmənin "xeyr" anlamını qazanmasını yeni doğulanların qarınları doyduğunda başlarını yeməkdən uzağa döndərməsi ilə bağlayırlar.