Evdə dəfnə yarpağı yandır, sirlərə agah ol


Digərləri 08 Dek 2018 22:02:00 370 0

Evdə dəfnə yarpağı yandır, sirlərə agah ol

Qədim yunan və romalıların imperator, qaliblər bitkisi adlandırdığı dəfnə yarpaqları onun təmizləyici və sakitləşdirici gücünü bildiklərindən, bir çox xəstəliklərin müalicəsində ağrıkəsici və evin, insanın ağır neqativ enerjisini təmizləmək üçün istifadə edər, daha doğrusu onu yandırardılar.

Son.az medicina.az-a istinadən indi də çox ölkələrdə istifadə olunan  dəfnə yarpağı yandırmaq texnikasının faydalarını təqdim edir.

Ailədə depressiyalı, epilepsiyalı, panik atak keçirən insanlar olan evdə stress, neqativ hisslər və yuxusuzluğa qarşı quru dəfnə yarpağı yandırmaq lazımdır. Yarpaqlarda olan sineol kimi efir yağlar bütün orqanizmin və sinir sisteminin rahatlamasına səbəb olur.

Gərgin, əsəbi, başı ağrıyan, işdə və həyatında uğursuzluqdan bezənlər də evdə bir qabın içində dəfnə yarpağı yandırıb, 10 dəqiqə onun tüstüsündə əyləşsə effekti görəcək.