İranda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb


Dünya 08 Dek 2018 22:06:00 303 0

İranda terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb

İranın cənub-şərqində yerləşən Çabahar liman şəhərində terror aktı törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Zahedan şəhər prokurorluğuna istinadən "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilir ki, şübhəli şəxslər İranın Sistan və Bəlucistan əyalətlərinin müxtəlif şəhərlərində tutulublar. Hazırda araşdırmalar davam etdirilir.