Sərhədin cəmi 18 kilometrliyində yüzlərlə rus tankı,


Dünya 08 Dek 2018 21:16:00 240 0

Sərhədin cəmi 18 kilometrliyində yüzlərlə rus tankı,

Noyabrın sonunda "Google Earth" servisinin çəkdiyi peyk fotoşəkillərində Rusiyanın Rostov vilayətinin Kamensk-Şaxtinsk şəhərinin yaxınlığını əks etdirən görüntülərdə "Ukrayna ilə sərhəddə yüzlərlə rus tankı" qeydə alınıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, hərbi texnika Rusiya-Ukrayna sərhədinin cəmi 18 kilometrliyində yerləşdirilib. Böyük əksəriyyəti T-64 və T-62M olan yüzlərlə tankdan əlavə, şəkillərdə bir neçə min ədəd hərbi yük maşınını da sezmək mümkündür.

Bir neçə gün öncə Ukrayna prezidenti Pyotr Poroşenko bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin desant-hücum bölmələri Rusiya ilə sərhədə atılacaqlar.


Xəbərə aid fotolar