Ürəyinizin narahat olduğunu göstərən


Digərləri 08 Dek 2018 21:02:00 220 0

Ürəyinizin narahat olduğunu göstərən

Hazırda ürək xəstəliklərinin cavanlaşmasını nəzərə alıb, çox zaman gizli və aşkar ağrısız başlayan ürək xəstəliklərinin 7 ağlagəlməz simptomlarını təqdim edirik.

Son.az medicina.az-a istinadən bildirir ki, Pensilvaniya ştatının ürək və damar üzrə mütəxəssisləri bu siqnallara xüsusilə diqqət yetirməyi tövsiyyə edir.

1.Ağciyərlər təmizdir, öskürək kəsilmir

Boğaz və ağciyərlərə bağlı olmayan öskürək əgər dərmanlarla kəsmirsə, o deməkdir ki, ürək-qan damar sistemi yaxşı işləmir və ağciyərləri lazımi qədər qan və oksigenlə təmin etmir. Öskürək zamanı terapevtlə yanaşı, kardioloqa da getmək lazımdır.

2.Ayaqların şişməsi

Ürək qanı intensiv şəkildə dövt etdirmədikdə, qan venalarda çox qalır, durğunlaşır, ona görə ayaqlar şişir. Üstəlik ürək zəifləyəndə böyrəklər də yaxşı işləmir, bu da əl-ayaqda ödem yaradır.

3.İştahın azalması, ürəkbulanma

Ürək çatışmazlığı səbəbindən döş qəfəsinə artıq maye toplanması çox vaxt iştahsızlıq, qarında diskomfort, mədədə yanğı, gəyirmə, ürəkbulanma kimi simptomlar da verə bilər. Belə hallar çox vaxt qadınlarda müşahidə olunur və yanlış olaraq mədə-bağırsaqdan, yeməkdən şübhələnilir.

4.Dəridə səpkilər