Xarici hamiləlik nədir?
Digərləri 08 Dek 2018 21:05:00 256 0
Xarici hamiləlik, mayalanmış yumurtanın uşaqlıqdan kənarda yerləşib böyüməsidir.
Bəs xarici hamiləliyin əlamətləri nədir?
Son.az immunitet.az-a istinadən bildirir ki, menstruasiya gecikməsi, bulanma, qusma kimi hamiləlik əlamətləri bu zaman da müşahidə edilir. Adətən borulara yerləşən döl böyüməyə başlayır və bir müddət sonra qanaxmaya səbəb olur. Bu vəziyyət olduqca əhəmiyyətlidir. Əgər müalicə olmazsa daxili qanaxma baş verə bilər və nəticədə xəstə ölə bilər.
Xarici hamiləlik kimlərdə yaşana bilər?
Hamiləlik əleyhinə həblərdən istifadə edən bir qadının hamilə qaldığı təqdirdə xarici hamiləlik yaşama ehtimalı, dərman istifadə etməyən bir qadına görə daha çoxdur. Xarici hamiləlik barədə danışan türkiyəli ginekoloq Cahit Cenksoy, spiraldan istifadə edən, siqaretdən istifadə edən qadınların xarici hamiləlik yaşama ehtimalının daha çox olduğunu bildirib: