Kataloniyada “sarı jiletlər”


Dünya 08 Dek 2018 21:06:00 234 0

Kataloniyada “sarı jiletlər”

Fransada baş verən "sarı jiletlər" üsyanından nümunə götürən Kataloniya separatçı hərəkatı dekabrın 21-də Barselonada aksiya keçirməyə hazırlaşır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sol təmayüllü "La Forja-Jovent Revolucionari" gənclər təşkilatı İspaniya Nazirlər Şurasının həmin gün Kataloniya paytaxtında keçirəcəyi səyyar iclası pozmaq niyyətindədir. Onlar bəyan ediblər ki, hökumət üzvlərinin Barselonaya səfəri müddətində keçiriləcək aksiyanı əlaqələndirmək üçün müxtəlif təşkilatlarla danışıqlar aparıblar. Təşkilatın bəyanatında qeyd olunur ki, aksiyanın məqsədi iclasın normal şəraitdə keçməsinə mane olmaqdır.