Çin şirkəti Amer Sportsu almaq istəyir


Digərləri 08 Dek 2018 21:07:00 212 0

Çin şirkəti Amer Sportsu almaq istəyir

Çinin "Anta Sports" şirkəti tərəfdaşları ilə birgə Finlandiyanın məşhur idman geyimləri və avadanlığı istehsal edən "Amer Sports" qrupunu 4,6 milyard avroya almaq istəyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şirkət "FountainVest Partners", "Tencent" və "Anamered Investments" firmaları ilə birgə investisiya konsorsiumu yaradaraq, "Amer"in hər bir aksiyasına 40 avro təklif edir. "Wilson", "Arc'teryx", "Salomon" və "Atomic" kimi tanınmış brendlərin sahibi olan "Amer Sports" qrupu dünyada ən çox idman avadanlığı istehsal edən şirkət hesab olunur.