Səudiyyə Ərəbistanı neft ixracını azaldacaq


Digərləri 08 Dek 2018 21:09:00 233 0

Səudiyyə Ərəbistanı neft ixracını azaldacaq

Səudiyyə Ərəbistanı yanvar ayında noyabrın göstəriciləri ilə müqayisədə neft ixracını gündəlik 1 milyon barel azaldacaq.

Son.az "Report"a istinadən bildirir ki, bunu şənbə günü mənblərə istinadən "Reuters" yazıb.

Bildirilir ki, yanvarda Səudiyyə neftinin ixracı xammala olan tələbatın mövsümü olaraq azalması ilə əlaqədar sutkada 7,3 milyon barel təşkil edəcək. Mənbələrin qeyd etdiyinə görə, ixracın azaldılması qərarı Səudiyyə Ərəbistanının OPEC+ ölkələri ilə neft hasilatının azaldılmasına dair sövdələşmənın yerinə yetirilməsi ilə bağlıdır.