Kürdəxanı yolunda daha bir ölüm hadisəsi


Digərləri 08 Dek 2018 20:52:00 218 0

Kürdəxanı yolunda daha bir ölüm hadisəsi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Son.az bildirir ki, bu haqda məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Dekabrın 7-də saat 23 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini Vüqar Xəlilov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Tovuz rayon sakini Elməddin Mirzəyevi vurub.

Piyada xəstəxanaya aparılarakən yolda ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.