Kaktusa necə qulluq edək?


Digərləri 08 Dek 2018 20:45:00 443 0

Kaktusa necə qulluq edək?

Kaktus bitkisi müxtəlif formalı və tikanları bol bir bitki növüdür. Kaktusa qulluq etmək olduqca asandır və şəraitə dərhal uyğunlaşan bir bitki növüdür. Əgər kaktusa qulluq etməyi bacarmırsınızsa, bu məsləhətlərdən faydalana bilərsiniz.

Qeyd edək ki, kaktus bitkilər arasında yetişdirilməsi ən asan və baxıma ən az ehtiyacı olan bitkilərdən biridir.

Amma kaktusunuzun çiçək açmaması sizin ona qulluq edə bilməməyinizin bariz göstəricisidir. Əgər kaktusunuzun çiçək açmasını istəyirsinizsə, ona öz təbii şəraitini yaratmaq lazımdır. Beləliklə, siz də evinizdə çiçək açan sağlam kaktuslar yetişdirə bilərsiniz.

Kaktusa qulluq necə olmalıdır?

Mühitin temperaturu

Kaktus səhra bitkisi olduğundan istiyə olduqca davamlıdır. Bu səbəblə də kaktusu birbaşa günəş düşən yerə qoyun.  Günəşli günlərdə kaktusun günəş görməsinə şərait yaratmanız ona faydalı olacaq.

Sulama

Kaktus bitkisi suya çox ehtiyac duyan bir bitki deyil. Onu sulayan zaman torpağını barmağınızla yoxlaya bilərsiniz. Əgər torpaq həddindən artıq quruyubsa, sulaya bilərsiniz. Kaktusun torpağının çox quruduğu zamanlar adətən qovurucu istilərin olduğu yay fəslidir. Temperaturun yüksək olduğu zamanlarda kaktusunuzu həftədə bir dəfə sulaya bilərsiniz. Ancaq dibçəyin altındakı boşqaba su yığılanda mütləq boşaltmalısınız.