3 gündə 4 kilo arıqlayacaqsınız PƏHRİZ


Digərləri 08 Dek 2018 20:50:00 272 0

3 gündə 4 kilo arıqlayacaqsınız  PƏHRİZ

Əsrimizin sağlamlıq bəlalarından biri köklük və artıq çəki problemidir desək yanılmarıq. Yanlış qidalanma, hərəkətsiz həyat tərzi bu problemi yaradan başlıca səbəblərdəndir. Bunun qarşısını isə müəyyən pəhrizlərlə almaq mümkündür. Amma pəhriz saxlamağı da hər kəs bacarmır, buna iradəsi çatmır. Hər gün özünə söz verir ki, sabahdan pəhrizə başlayacaq və beləliklə, pəhriz gündən-günə ertələnir. Özəl pəhriz siyahısı ilə bu əziyyətlərdən tamamilə qurtularaq, 3 gün ərzində 4 kilo yarım  arıqlayacaqsınız.

1-ci gün

Səhər naharı: Bir dilim qızarmış çörək (kəpəkli), 2 xörək qaşığı fıstıq əzməsi, yarım qreypfrut, bir stəkan çay, ya da qəhvə.

Günorta yeməyi: Bir dilim qızarmış çörək, bir fincanın yarısı ton balığı və bir stəkan çay, ya da qəhvə.

Axşam yeməyi: Qaynar suda, ya da buxarda bişmiş 85 qram ət, bir kasa yaşıl lobya, yarım banan, bir ədəd alma. Son olaraq bir stəkan vanilli dondurma.

2-ci gün

Səhər naharı: Bir dilim qızarmış çörək, yarım banan və bir qaynadılmış yumurta.

Günorta yeməyi: Bir qaynadılmış yumurta, bir kasa süzmə pendir və 5 stəkan duzlu su.

Axşam yeməyi: 2 ədəd sosisli sendviç, bir bulka, yarım banan, yarım kasa kök və bir fincan brokoli. İstəyə bağlı olaraq yarım stəkan vanilli dondurma yeyə bilərsiniz.