Kanadada 21 Azər hərəkatı anılacaq


Dünya 08 Dek 2018 20:21:00 253 0

Kanadada 21 Azər hərəkatı anılacaq

Dekabrın 16-da Kanadanın Toronto şəhərində Güney Azərbaycan Milli Hökumətinin (1945-1946) yaradılmasının növbəti ldönümü münasibətilə tədbir keçiriləcək.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə hüquqşünas, Kanada Vəkillər Kolegiyasının üzvü, Güney Azərbaycandan olan milli fəal Hüseyn Türkelli bildirib.

O qeyd edib ki, Kanada Türk Federasiyasında keçiriləcək tədbirdə Güney Azərbaycandan olan milli fəallar Azərbaycan tarixinin şanlı səhifəsi olan 21 Azər Hərəkatının, Seyid Cəfər Pişəvəri və Azərbaycan şəhidlərinin əziz xatirəsini anacaqlar.