Əlinizə baxıb xəstəliklərinizi özünüz təyin edin


Digərləri 08 Dek 2018 20:22:00 425 0

Əlinizə baxıb xəstəliklərinizi özünüz təyin edin

İnsanın əlləri onun keçmişi, gələcəyi haqda bir sıra məlumatlar verir. Ələ baxarkən insanın xasiyyəti, həmçinin sağlamlığı və yoluxa biləcəyi xəstəliklər haqda bir sıra informasiyalar almaq mümkündür.  

Son.az medicina.az-a istinadən insanın əllərinin quruluşuna baxaraq insan haqda bir sıra proqnoz verməyin yollarını təqdim edir.

1) Ovucun rəngi - Əgər insanın ovcunun içi qırmızıdırsa bu, onun qaraciyərinin toksiki təsirlərə məruz qalmasından xəbər verir. Əgər əllər mərmər görünüşlüdürsə, bu, onun vegetativ sistemi ilə bağlı problemlərdən xəbər verir. Sarı rəngli ovuc öd, öd yolu, qaraciyər, hepatit, xalongit, xolistit, sarılıq kimi xəstəliklərin xəbərçisi ola bilər. Əldə kiçik laylar yaranarsa, bu birbaşa A və D vitaminlərinin çatışmazlığından aşlıdır. Əgər laylar iri ölçüdədirsə bu zaman siz təcili dermatoloqa gedin. Əllərinizdə göbələk infeksiyası inkişaf etmiş ola bilər.  

2) Əllərin temperaturu da insan orqanizminin vəziyyətindən xəbər verir. Əgər əlləriniz həmişə soyuqdursa, bu əlamət nikotin turşusunun çatışmazlığından xəbər verir ki, nəticədə periferik qan dövranının pozulması meydana çıxır. Buna görə də, tərkibində nikotin turşusu olan ərzaqlar - ət, süd məhsulları, qarabaşaq, göbələk, kələm, lobya istifadə etmək lazımdır.

Ovuclar həddən artıq isti olduqda, başqa sözlə "yandıqda" isə bu sizin qaraciyərinizin alkoqol, dərman və kimyəvi vasitələr səbəbindən yaranan intoksikasiya prosesinin öhdəsindən gələ bilməməsindən xəbər verir.  

3) Ovucların gicişməsi zamanı isə endokrin sistemdə bir sıra problemlərin olduğu bəlli olur. Həmçinin əllərin nəm olması da qalxanabənzər vəzin normadan çox hormon sintez etməsi (hiperfunksiyası) ilə əlaqəlidir. Əksinə, ovucun quruluğu və solğunluğu qalxanabənzər vəzin normadan az hormon sintez (hipofunksiya) etməsindən aslıdır.  

4) Ovucları ət kimi yumşaq olan insanların qan dövranlarında, maddələr mübadiləsində problem olur.