Tütün şirkəti marixuana istehsal edəcək


Digərləri 08 Dek 2018 20:24:00 221 0

Tütün şirkəti marixuana istehsal edəcək

İri tütün şirkəti olan "Altria Group" Kanadanın marixuana istehsalçısı olan "Cronos Group"un səhmlərinin 45%-ni alıb. "Altria Group" şirkəti "Marlboro" və "Parliament" əmtəə nişanlarına sahib olan "Philip Morris USA"nın ana şirkətidir.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Business Wire" nəşri məlumat verib.

"Bizim "Cronos Group"la eksklüziv əməkdaşlığımıza qoyulan sərmayələr genişlənməkdə olan çətənə bazarında "Altria"nın böyüməsi üçün inanılmaz imkanlar açır", - deyə şirkətin nümayəndələri bildiriblər.