Körpələrdə "su zəhərlənməsi" nədir?


Digərləri 08 Dek 2018 20:25:00 311 0

Körpələrdə "su zəhərlənməsi" nədir?

Yeni doğulan körpələri su ilə qidalandırmaq ölümcül nəticələr verə bilər. Mütəxəssislər su verməmək barədə valideynlərə tövsiyələr edib.

Son.az immunitet.az-a istinadən bildirir ki, su zərərsiz içki kimi görünə bilər. Ancaq araşdırmalara görə, uşaqlara su vermək böyük risk daşıyır. Körpələr tərəfindən istifadə edilən su, "su zəhərlənməsinə" səbəb yarada, bu da uşağın krizə girməsinə, hətta ölümünə səbəb ola bilər.

Bəs suya həqiqətən ehtiyac varmı?

Körpələrə ən az 6 ay ana südü verilməlidir. 6 aydan sonra 1 udqunluq su vermək güvənli qəbul edilir. Ancaq edilən yeni araşdırmalara görə, körpələr 1 yaşına qədər su olmadan yaşaya bilər. Körpələr su ehtiyacını ana və ya inək südü ilə qarşılayır.