Neftin qiyməti 2040cı ilə kimi...


Digərləri 08 Dek 2018 20:06:00 263 0

Neftin qiyməti 2040cı ilə kimi...

2040-cı ilədək neftin bir barrelinin qiyməti 60 dollardan yuxarı səviyyədə qalacaq.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Qaz İxrac edən Ölkələr Forumunun ("Gas Exporting Countries Forum" - GECF) hesabatında deyilir. Bildirilir ki, 2022-ci ilə qədər neftin qiyməti ucuzlaşaraq 61 dollar/barrel olacaq. Bu tarixdən sonra isə "qara qızıl"ın qiyməti bahalaşmağa başlayacaq. 2030-cu ildə neftin qiyməti bir barrel üçün 70 dollara çatacaq və ən azı 2040-cı ilə qədər bu səviyyədə qalacaq.

Xatırladaq ki, Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş XVII iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. GECF 2001-ci ildə Tehranda yaradılıb, 2008-ci ildə isə Moskvada hüquqi olaraq təsis edilib. Təşkilatın mənzil-qərargahı 2009-cu ildən Qətərin paytaxtı Dohada yerləşir.