Mastopatiya xərçəngə çevrilə bilər?


Digərləri 08 Dek 2018 19:40:00 284 0

Mastopatiya xərçəngə çevrilə bilər?

Mastopatiya qadınlarda çox rastlanan döş ağrısı və süd vəzisi kistalarına şərq tibbində verilən addır; qərb tibbi mastopatiya terminindən istifadə etmir.

Döş ağrısı və süd vəzisindəki kistalar isə heç bir zaman həyat təhlükəsi yaratmır.

Bu günün müasir tibbində həm xəstəliklərin diaqnostikası və izahı, həm də müalicələri dəlilə əsaslanır. Əgər bir insana hər hansı bir diaqnoz qoyursunuzsa, bu diaqnoz tibbi testlər və analizlərlə r'smiləşdirilməli və dəqiqləşdirilməlidir. Buna qərbdə DƏLİLƏ ƏSASƏN tibb tətbiqi deyilir (evidance-based medicine və ya evidance-based practice). Tibbi tətbiqlər bu qaydaya uyğun aparılmalıdır.

Azərbaycanda mastopatiya üçün ümumi olaraq radioloji raportlarda istifadə edilən termin budur: fibroz kistoz mastopatiya. Bəs döş ağrısı və kistalar üçün qərb tibbi hansı termindən istifadə edir?

Keçmiş illərdə döşün radioloji müayinəsində fibroz toxumanın artdığı bir neçə yerdə kistaların görüldüyü və bununla əlaqədar döş ağrısı olan xəstələrdə fibro-kistik xəstəlik (fibrocystic disorder) deyilirdi. Ancaq bunun çox yayılmış olduğunun anlaşılmasına görə xəstəlik (disorder) sözündən vaz keçildi və onun yerinə fibrokistik dəyişikliklər (changes) terminindən istifadə edilməyə başlandı.

Qərb tibbi yaxın zamanda bunu gördü: fibrokistik dəyişikliklər əslində qadınlarda dəyişən hər esterogen və progesteron hormonlarına süd vəzisinin fizioloji bir cavabıdır, uşaqlığın hər ay qanaxma ilə cavab verməsi kimi. Bu həqiqətin anlaşılması üzərinə süd vəzisindəki bu vəziyyət yenidən adlandırıldı: fibrokistik döş paterni.