Kəpəkdən qurtulmağın


Digərləri 08 Dek 2018 19:10:00 309 0

Kəpəkdən qurtulmağın

Kəpək müasir dövrün sağlamlıq problemlərindən biridir. Bu problemlə qarşılaşmayan insan demək olar ki yoxdur. Hər kəs də onunla mübarizə yolları axtarır. Bəs kəpəkdən tam qurutlmaq mümkündürmü?

İlk növbədə onu bildirək ki, kəpək dəri xəstəliyidir. Bəzi insanlarda mövsümi, bəzilərində müxtəlif səbəblərdən qaynaqlana bilər. Lakin həll edilə bilən problemdir. Kəpək başdakı ölü dərilərin tökülməsindən qaynaqlanır və saçların arasından görünməyə başlayır. Bu isə ən əsası xoş olmayan görünüş və diskamfort yaradır. Saçın çirkli, ya da təmiz olmasından asılı olmayaraq kəpək xaricdən çirkli görünüş yaradır. Bununla yanaşı sağlamlıq baxımından da ciddi bir problemdir.

Kəpəkli saçlarda meydana gələn problemlər:

* Tökülmə

* Qaşınma

* Dəridə qızartı

* Saçların nazikləşməsi

Bu problemlər qarşısında aptek və ya marketlərdə satılan kəpək şampunları gücsüz qala bilər. Belə vəziyyətdə isə həkim-dermatoloqa getməkdən başqa yol qalmır. Lakin evdə də hazırlaya biləcəyiniz bəzi qarışımlarla bu problemin öhdəsindən gələ bilərsiniz.

Sirkə

Saçları şampunlamazdan əvvəl 2 qaşıq sirkəni, əgər istəsəniz, spreyli şüşəyə tökərək saçlarınıza səpə bilərsiniz. Saçlarınıza masaj edərək sirkəni bütün dəriyə yayın və 10 dəqiqə saxladıqdan sonra durulayıb şampunlayın. Sirkədən istifadənin digər yolu da şampundan sonra 2 stəkan soyuq suya 1 fincan alma sirkəsi əlavə edərək durulamaqdır.