Yaxşı qərarları ilin hansı mövsümündə qəbul etmək olar?


Digərləri 08 Dek 2018 19:04:00 291 0

Yaxşı qərarları ilin hansı mövsümündə qəbul etmək olar?

Biz böyük qərarlar qəbul etməyə çalışanda bir çoxlarımız bu seçimin üzərində baş sındırırıq.

Əgər həqiqətən də analitik düşüncəyə malikiksə, onda yəqin ki, qərarvermə prosesinin özü barədə də düşünməliyik.

Məsələn, qərarın leyhinə və əleyhinə mülahizələrin siyahısını tutmalıyıq, yoxsa, özümüzü bu qədər əlavə informasiyanın əsiri etməməliyik?

Lakin qərar seçimi ilə yanaşı, biz həm də bu qərarı qəbul etməyin vaxtı barədə düşünürük.

İstər ev almaq olsun, istərsə də karyeranı dəyişmək - yanvar həmişə yeni başlanğıc üçün münasib vaxt kimi görünür.

Bu vaxt bir çoxlarımız məzuniyyətdən qayıtmış olur. Həmin məzuniyyət dövründə sevdiklərimiz və yaxınlarımızla da bu qərarlar barədə danışırıq.

Amma görək yanvar böyük qərarlar qəbul etmək üçün doğrudanmı yaxşı aydır?

Şimal yarımkürəsindəki adamların 10 faizi m

Bir çoxlarımız bu qənaətdəyik ki, qışda kefimiz bir az aşağı olur.

Bəzi adamlarda bu hal kəskin forma ala bilər. Mövsümi depressiya (Seasonal affective disorder - SAD) deyilən əhval və ruhi pozuntu şimal ölkələrində xüsusilə geniş yayılıb.

Bir hesabata görə şimal yarımkürəsindəki adamların 10 faizi mövsümi depressiya keçirir.

Bu yaxınlarda İsveçrədə maraqlı bir araşdırmaya yekun vurulub. Eksperimentdə iştirak edən könüllüləri 20 il müddətində müşahidə ediblər. Nəticədə məlum olub ki, ölkə əhalisinin 7, 5 faizi mövsümi depressiyaya mübtəladır.

Simptomlar bizim təsəvvür etdiyimizdən daha uzun müddətdə davam edə bilər.

ABŞ-da aparılmış bir tədqiqatın nəticələrinə görə SAD pozuntusu olanlar bundan ilin 40 faizi ərzində əzab çəkirlər.

Hətta SAD diaqnozu qoyulmayan bir çox adamlar da əmindirlər ki, qış aylarında onların kefi o qədər də kök olmur.

Hətta SAD diaqnozu qoyulmayan bir çox adamlar da əmindirlər ki, qış aylarında onların kefi o qədər də kök olmur

Əhvalınız təkcə özünüzü necə hiss etmənizə yox, həm də qərar qəbul etmək qabiliyyətinizə təsir göstərir.

Digər tərəfdən kefinizin olmaması o demək deyildir ki, qəbul etdiyiniz qərarlar mütləq düzgün olmayacaq.

Mükafat üçün risk

Depressiv əhval-ruhiyyə bizim risklərdən çəkinməyimizə səbəb olur.

Alimlər düşünürlər ki, bu bədbin adamların yaxşı nəticələrə nikbin adamlarla müqayisədə daha az inanmasından irəli gəlir.

Yəni bədbin insanlarda yaxşı əhvalla mükafatlanacaqlarına ümid daha az olur. Bu xüsusilə də söhbət uduşlu oyunlardan gedəndə doğrudur.

Depressiv əhval-ruhiyyə bizi risklərdən daha çəkingən edir

Kart oyunları ilə aparılan təcrübələrdə bədbin adamlar hansı variantın uduş gətirəcəyini yadda saxlamaqda daha çox çətinlik çəkirlər.

Buna görə də belə oyunları nikbin adamlar bədbinlərdən daha yaxşı oynayırlar.