Həkimlərin yanlış diaqnozla raxit etdiyi körpələr


Digərləri 08 Dek 2018 18:54:00 356 0

Həkimlərin yanlış diaqnozla raxit etdiyi körpələr

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyin edir. Körpə və ya uşağa bu diaqnozu qoymaq üçün mütləq onun qan analizlərinə baxılmalıdır. Lakin həkimlərin əksəriyyəti körpələrə bu cür preparatları qan analizlərinə baxmadan təyin edir.

Mütəxəssislər hesab edir ki, bu analizlər edilmədən, sırf müayinə ilə bu diaqnozun qoyulması qətiyyən doğru deyil. Mütləq qan analizləri edilməli və əgər xəstəlik varsa, növü və dərəcəsi dəqiqləşdirilməlidir. Yalnız bundan sonra xəstəliyin dərəcəsinə görə D vitamini və ya kalsium preparatları təyin olunaraq istifadə edilə bilər.

Son.az bildirir ki, məsələ ilə bağlı Axar.az-a açıqama verən pediatr Altay Abdullaoğlu bildirib ki, bir çox həkim sırf aşağıda sadalayacağımız bir sıra əlamətlər əsasında körpə və usaqlara "raxit" diaqnozu qoyur:

"Başın böyük və ya quruluşunda bəzi əyriliklər olan kimi uşağa raxid diaqnozu qoyulur. Düzdür, raxit xəstəliyində də bu əlamətlər ola bilər. Ancaq bu o demək deyil ki, hər başı böyük və ya əyri olan raxitdir. Ümumiyyətlə, bilinməlidir ki, başın ölçüsü və quruluşu irsi xarakter daşıyır. Yəni sadə dillə desək, valideynlərin baş quruluşları övladlarında da özünü göstərir. Ona görə də irsi xarakter daşıyan bu kimi vəziyyətlər təbii və normal bir haldır. Bu xüsusiyyətlər nəzərə alınmadan bir uşağın başına baxaraq "başı böyükdür" demək və bununla da ona raxit xəstəliyi diaqnozu qoymaq qətiyyən doğru deyil. Əmgəyin geniş olmasını da çox vaxt raxitliklə əlaqələndirirlər. Bir çox normal uşaqların da əmgəyi geniş ola bilər. Ona görə də hər əmgəyi geniş olan usaq da raxit deyildir".

Həkim bildirib ki, döş qəfəsi əyri olan və ya qabırğaları önə doğru çıxan hər xəstəyə "raxit xəstəliyi keçirib" deyə, kor-korənə kalsium preparatları verilməməlidir: