Britaniya kral ailəsində qalmaqal:


Digərləri 08 Dek 2018 17:14:00 230 0

Britaniya kral ailəsində qalmaqal:

Britaniyalı şahzadə Uilyam və Keyt Middlton Kral fondunun iclasına gəlməkdən imtina edib. Buna səbəb həmin görüşdə şahzadə Qarri ilə Meqan Marklın iştirak etməsi olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda The Sun nəşri məlumatlı mənbəyə istinadən informasiya yayıb.

Məlumata əsasən Britaniyalı şahzadə Harri böyük qardaşı Uilyamın ünvanın sərt ittihamlar irəli sürüb. Harri qardaşının onunla həyat yoldaşı Meqan Mark arasında olan münasibətləri korlamağa çalışdığını iddia edir.

Nəşrin mənbəyi təfsilatlara varmaqda çəkinsə də, Qarrinin əvvəllər anası - şahzadə Diananı qoruya bilmədiyi üçün özünü günahkar hiss etdiyini və buna görə həyat yoldaşını himayə etməyə çalışdığını söyləyib.