Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub


Digərləri 08 Dek 2018 16:39:00 251 0

Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub

Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub.

Son.az Report-a istinadən bildirir ki, paytaxtın Nəsimi rayonu ərazisində həmin rayonun İcra Hakimiyyətinə məxsus, Qəhrəman Ağababayevin idarə etdiyi "İveco" markalı, 99 JF567 dövlət nömrə nişanlı yük maşını yolu keçmək istəyən, 1963-cü il təvəllüdlü Cümşüd Cəmil oğlu Kərimlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Son.az